İqtisadiyyat

Kapital Bank təqaüdçüləri maarifləndirir

4 Oktyabr 2017 11:00
Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə sosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində təqaüdçülər üçün maliyyə savadlığı tədbirləri keçiriləcək.

İlk tədbir Bakı şəhərində keçirilib. Tədbirə gələn təqaüdçülər üçün "Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları" mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.

Qeyd edək ki, layihə çərçivəsində gələn həftə İsmayıllıda, Gəncədə və Lənkəran da analoji təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.