İqtisadiyyat

Pulunuzu ölkəxaricinə Bank of Baku-nun ödəniş terminalları ilə köçürün!

28 Sentyabr 2017 11:50
Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təcili Pul Köçürmə xidməti sahəsinə gətirdiyi ilkləri ilə sektorunun aparıcı banklarından olan Bank of Baku bu sahədə daha bir yeniliyə imza atdı. 

"Sizə Yaxın Bankçılıq" şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin rahatlığını və onların istəklərini düşünən Bank of Baku bu dəfə "uzaqları yaxın edərək" ödəniş terminallarında Contact Təcili Pul köçürmə sistemindən istifadəni mümkün etdi.

Bank of Baku-nun Təcili Pul Köçürmə sisteminə gətirdiyi bu inqilabi yenilik sayəsində müştərilər ödəniş terminalları vasitəsilə ölkəxarici pul köçürmələrini rahat formada həyata keçirə biləcəklər.

Aşağıdakı 5 sadə addıma riayət etməklə pul vəsaitlərini digər şəxsin bank hesabına əlavə vaxt sərf etmədən dərhal göndərmək olar. Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib.

1.​ Müştəri kodunu daxil etməli;

2.​ Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;

3.​ Vəsaitin göndəriləcəyi ölkəni seçməli;

4.​ Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;

5.​ Əməliyyatı təsdiq etməli.

Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.

Bankın müştəriləri öz kart hesablarındakı vəsaiti ödəniş terminalları vasitəsilə aşağıdakı ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:

-​ Rusiya

-​ Belarusiya

-​ Gürcüstan

-​ Qazaxıstan

-​ Qırğızıstan

-​ Moldova

-​ Özbəkistan

-​ Tacikistan

Qeyd edək ki, ödəniş terminalı ilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir. 

Eyni zamanda xatırladaq ki, Bank of Baku bir müddət öncə Təcili Pul Köçürmə sahəsində ilkə imza ataraq, müştərilərinə İnternet Bankçılıq xidmətində Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını təqdim etmişdi.

Bank of Baku-nun ödəniş terminallarından istifadə etməklə Təcili Pul Köçürmə xidmətindən faydalanmaq üçün terminalların ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq əldə etmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.