İqtisadiyyat

"Qazprom" Azərbaycanda nümayəndəlik açır

25 Sentyabr 2017 11:01
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprom" şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.
 
2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq"la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo" şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom" və SOCAR arasında aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.