İqtisadiyyat

"OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycana minnətdardır"

23 Sentyabr 2017 11:57
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC neft hasilatının azaldılmasına dair sazişə əməl etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vyanada OPEC Тazirlər Лomitəsinin iclasında qurumun baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, OPEC-ə üzv olmayan Azərbaycan, Bruney və Sudan kimi ölkələr neft hasilatını azaldıb və bununla da digər ölkələr naminə öz maraqlarını qurban veriblər.

M.Barkindo qeyd edib ki, saziş imzalanan vaxtdan hər bir iştirakçı ölkə tam şəkildə öz öhdəliyini icra etsəydi, bazar artıq balanslaşmış olardı.

Qeyd edək ki, bir müddət əvvəl qurum OPEC-ə üzv olmayan ölkələrin avqusta neft hasilatını azaltmaq planını Qazaxıstan və Azərbaycanın hesabına 118 faiz yerinə yetirdiyini bəyan etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.