İqtisadiyyat

"Samsung UHD TV Curved - sönülü halda belə incəsənət əsəridir"

23 Sentyabr 2017 10:00
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bizi əhatə edən hər bir detala diqqət yetiririk və hətta ev texnikası adi bir əşya deyil, interyerimizin bir hissəsidir. Eyni rəngli məişət texnikası alır, onları mebelimizin rəngi ilə tutuşdururuq. Bunu nəzərə alaraq Samsung, hər bir məkanın qeyri adi bəzək elementi olan, Curved UHD TV-ni təqdim edir. Bu incə və zərif "qövsvari" televizor özündə texnoloji yenilikləri və incə formanı birləşdirir. Hətta sönülü halda belə Curved UHD TV art obyektidir. Nazik metal çərçivə "qövsvari" ekranı haşiyəyə alaraq bizə premiallıq hissi bəxş edir. Televizorun dayağında da bu metaldan istifadə olunub. Nəcib qara ekranın və gümüşü altlığın rəng təzadı sayəsində Curved UHD TV sanki havada süzür. Metalın nahamar səthi isə hər toxunuşda, bizi hər yerdə əhatə edən plastikdən çox fərqli olan, əsl faktura hissini bəxş edir. "Qövsvari" UHD-televizor insan gözünün "dairəvi" formasına bənzər layihələndirilib. Lakin, bu adi bənzərlik deyil, bu əsaslı tədqiqləri özündə birləşdirən araşdırmadır.

"Qövsvari" ekran "4200R" radiusa malikdir, bu ölçü periferik görmə qabiliyyətini aktivləşdirərək, ekranda baş verənlərin ahənginə daha dərin dalmağa imkan yaradır.Təsvirin bütövlüyünü dəstəkləyən Dynamic Crystal Color və Active Crystal Colortexnologiyaları sayəsində görüntünün rəng palitrası genişlənir və ekranınızda olan kontent daha da canlı görünür. Görüntünün dərinlik hissini xeyli artıran (təsvirə həcm verən) Auto Depth Enhancer texnologiyasının köməyi ilə isə sizə həyəcan dolu seyrdən sadəcə həzz almaq qalır. "Design 360" - Samsungun dizayn fəlsəfəsidir. Burada yüksək texnoloji komponentlər və funksiyalar sadə, adi və premial estetika ilə birləşir. Beləliklə, Samsung UHD TV həmçinin qəbul olunan siqnalın keyfiyyətini yaxşılaşdıran funksiya ilə təchiz olununmuş innovativ smart televizordur. Kontentin keyfiyyətindən asılı olmayaraq siz daim UHD formatına maksimal dərəcədə yaxın olan təsvir əldə edəcəksiniz.

Əvvəllər televizorların arxa paneli üzərində təyinatı çox zaman sirr olaraq qalan "yuva" və kabəllər yerləşdirilirdi. Lakin, "qövsvari" televizor bütün kabelləri özündə birləşdirən"One-Connect" qoşulması ilə təchiz olunub. Bunu hesaba alaraq demək olar ki, Curved UHD TV-nin arxa panel quruluşu da çox sadə və zərif təəssürat yaradır. Smart TV-nin simsiz internet qoşulmasını dəstəkləməsi sonsuz sayda veb kontentdən yararlanmağa imkanı yaradır. Multimedia mərkəzi olan Samsung UHD TV ilə sevdiyiniz film və serialları birbaşa öz televizorunuzda onlayn izləyin.

Samsung Curved UHD televizorları haqqında əlavə məlumatı: BakuElectronics, Kontakt Home, Maxi.az, Music Galery, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.