İqtisadiyyat

Milyarderin qardaşı: "Fərhad Əhmədovun şirkəti ləğv olunmur" - YENİLƏNİB

22 Sentyabr 2017 13:11
0 Şərh     Baxış: 2 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 13:11

Oktyabrın 25-də "Az-nar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə "Az-nar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Az-nar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə mediada yayılan məlumatda vurğulanıb.
 

Mətbuat "Az-nar" QSC-ni Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus şirkət kimi təqdim edib.

Milli.Az xəbər verir ki, "Aznar" Direktorlar Şurasının sədri Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov modern.az-a açıqlamasında xəbəri təkzib edib.

""Aznar" QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının çağırılması ilə bağlı "Xalq qəzeti"nin 22 sentyabr 2017-ci il tarixli sayında dərc edilmiş elanda redaksiya tərəfindən texniki yanlışlığa yol verilib. 

Diqqətinizə çatdırırıq ki, ləğv edilməsi üçün səhmdarların ümumi yığıncağının müzakirəsinə çıxarılan hüquqi şəxs Teymur Əhmədov adına "Aznar" QSC (VÖEN: 6000083631 ) deyil, onun törəmə hüquqi şəxsi olan, əvvəllər "Göyçay Toxucu" ASC adı ilə fəaliyyət göstərmiş və sonradan adı "Az-nar" QSC (VÖEN: 6000162701) olaraq dəyişdirilmiş olan hüquqi şəxsdir.

Sözügedən yığıncağın Teymur Əhmədov adına "Aznar" QSC-nin Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulduğuna görə, bir sıra kütləvi informasiya vasitələrində çaşqınlığa yol verilib. Və Teymur Əhmədov adına "Aznar" QSC-nin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb. 

Bununla əlaqədar olaraq həmin məlumatları təkzib edir və yuxarıda qeyd edilənləri nəzərə almaqla oxucularda düzgün təsəvvür yaradılması üçün məlumat dərc etməyinizi xahiş edirik".

-----------

09:17

Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
 
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F.Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.