İqtisadiyyat

Rabitəbank "Neftçilər Günü" münasibətilə kampaniya keçirir

19 Sentyabr 2017 13:55
Baxış: 2 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rabitəbank "Neftçilər günü" peşə bayramı ilə əlaqədar olaraq güzəştli kredit kampaniyası elan edir. Sentyabr ayının 30-dək bütün neft şirkəti əməkdaşları Nağd Pul krediti məhsulunu sərfəli şərtlərlə əldə edəcəklər.

Kampaniya müddətində "Nağd pul" istehlak krediti məhsulu çərçivəsində 10000 manatadək kreditlər, 2 il müddətədək və xüsusi endirimli şərtlərlə veriləcəkdir. Neft şirkətində çalışan 6 ay-10 ilədək iş stajı olan şəxslər kreditlərə 2%, 10-20 ilədək iş stajı olan şəxslər 4% və 20 ildən çox iş stajı olan şəxslər isə 6% endirim əldə edəcəklər. Kreditin maksimal məbləği 10000 AZN-dir.

Güzəştli "Nağd pul" kreditini Rabitəbankın baş ofisindən və bütün filiallarından əldə etmək olar.

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.