İqtisadiyyat

Azərbaycan-Dünya Bankı əməkdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası buraxılıb - FOTO

19 Sentyabr 2017 12:03
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markasını təqdim ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, bu cür markalardan 25 min nüsxə buraxılacaq.

Onun sözlərinə görə, bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək.

Daha sonra markanın dövriyyəyə buraxılmasına həsr olunan imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Dünya Bankını regional direktoru Mersi Tembon imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.