İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

13 Sentyabr 2017 23:45
2 Şərh     Baxış: 973

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 56,9 dollar/barel təşkil edib ki, bu da ötən bazar ertəsinə olan göstəricidən 1,04 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 56,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın12-də 52,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 12-də 55,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ceyhun · 13 Sentyabr 23:4800

    Allah bərəkət versin. ..

    Cavab yaz
    • Anonim
      Ceyhan Ceyhuna · 14 Sentyabr 00:2500

      Sana nə lan! Bereket bizlikdi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.