İqtisadiyyat

Azərbaycan və BƏƏ işgüzar dairələrinin nümayəndələri iqtisadi əməkdaşlığı müzakirə edəcək

13 Sentyabr 2017 21:06
0 Şərh     Baxış: 205

Bu il oktyabr ayının əvvəlində Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək və bu ölkənin biznes-ictimaiyyəti ilə işgüzar danışıqlar aparacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində BƏƏ-də "Made in Azerbaijan" milli brendinin tanıdılması məqsədilə Azərbaycan məhsullarının iri sərgisini təşkil etmək nəzərdə tutulur.

Missiyanın əsas məqsədi ixrac coğrafiyasının, eləcə də ixrac portfelinin genişləndirilməsidir.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycan Qətər, Qazaxıstan, Almaniya, Əfqanıstan və Pakistana ixrac missiyaları yollayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.