İqtisadiyyat

Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib - AÇIQLAMA

12 Sentyabr 2017 10:22
Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib. 

Milli.Az bildirir ki, X. Abdullayev APA-ya eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X.Abdullayev şirkətin adını açıqlamaq istəməyib.
 
Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.