İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından "Bilik günü"nə özəl endirim kampaniyaları!

11 Sentyabr 2017 15:40
Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankı "Bilik günü" münasibətilə əməkhaqqı kartı sahibləri və tələbələr üçün 11 sentyabrdan 15 sentyabra qədər davam edəcək kampaniyalara start verib.

Bankın əməkhaqqı kartına sahib bütün müştərilər kampaniya çərçivəsində nağd pul kreditini komissiyasız və 2% endirimlə əldə edə bilərlər.

Kredit kampaniyasının özəllikləri:

• Kreditin məbləği - 15.000 manatadək

• Kreditin müddəti - 36 ayadək

• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq

• Kredit əmək haqqının 3 misli həcmində və maksimum 3000 manata qədər

olduqda - zaminsiz

• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Tələbələr isə onlara özəl kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından debet kartı (MasterCard Debit Standard, VISA Classic/MasterCard Standard, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum) alan zaman tələbə biletlərini təqdim etməklə kartın qiymətində 50% endirim qazanacaqlar.

Xatırladaq ki, müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.