İqtisadiyyat

QNET açıqladı: Qanuni Netvork Marketinq nədir?

24 Avqust 2017 12:00
Baxış: 4 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Netvork Marketinq-in qanuniliyi haqqında daha ətraflı öyrənin.

Birbaşa Satış industriyasını inkişaf etmiş və qanuni peşə kimi önə çəkmək məqsədimizin bir hissəsidir. Uğur əldə etmiş və Netvork Marketinqdə öz sözünü demiş profesionallarla QNETPRO müsahibələrini qürurla sizə təqdim edirik.

QNETPRO müsahibələri vasitəsilə biz QNET-in məsuliyyəti, ləyaqəti və uğurlu Netvork Marketinq-in bazalarını yüksək səviyyədə təbliğ etməsini vurğulayırıq.

Bu məqalədə bizim hüquqi işlər üzrə direktorumuz Zahiir Merçant əsl Netvork Marketinqin necə olduğunu və distribüterlərin bu industriyanın düzgün, lazımi etimad və hörmətlə qarşılanması üçün necə kömək edə biləcəklərindən danışır.

Netvork Marketinq qanuni biznesdirmi?

Sadə cavab bəllidir, distribüterlərin fəaliyyəti müəyyən çərçivədən kənara çıxmamaq şərtilə. Güclü və aydın Məram və Qaydalara riayət edilməlidir, etik davranış qaydalarına uyğun fəaliyyət göstərilməlidir və ən vacibi kompensasiya planı komisyon mükafatlarını yeni insanların cəlb olunmasına görə deyil, məhz məhsul satışlarına görə ödəyən bir biznes modeli olmalıdır.

Deyə bilərikmi ki, Netvork Marketinq və Birbaşa Satış çoxlarının qəbul etdiyi kimi insan cəlb etmək biznesi deyil?

Heç şübhəsiz, bu, insan cəlb etmək biznesi deyil. Bu şəxsin məhsul satışlarından qazandığı bir biznesdir.

Bir halda ki bu təklif biznesidir, o zaman distribüterlərin sözləri həqiqətə uyğun ola da bilər, olmaya da bilər və meşə yanğını kimi sürətlə yayılaraq şirkətin nüfuzuna xələl gətirə bilər. Siz bu məsələyə hansı yolla nəzarət edirsiniz?

Maarifləndirmə və Nizam İntizama riayət etməyə məcbur etmə ilə.

Maarifləndirmə: Davranış baxışları yuxarıdan başlayır. Məsuliyyətli aplayn kimi mən biznesimi professional üslubda başlayardım və etik normaların tələbinə uyğun davranardım və nəzarət edərdim ki, yaxşı etik davranış təşkilatımda da öz əksini tapsın. Aydın məsələdir ki, davranış yuxarıdan düzgün və təlimatlara, etik normalara və yerli qanunvericiliyə uyğun olaraq başlanmalıdır. Bunların hamısı fəaliyyət zamanı öz əksini tapmalıdır. Bu, birinci məqamdır.

Məcbur etmə: Məcburiyyətlərin olması bütün şirkətlər üçün çox vacib şərtdir. Şirkətin distribüterlərlə arasında effektiv qaydaları, qanunları və nizamnamələri olmalıdır. Bu, o deməkdir ki, nəinsə nəzərdə tutulmuş qaydada icra olunmadığını gördükdə, kiminsə şirkəti, onun məhsullarını və kompensasiya planını təhrif olunmuş formada təqdim etməsini gördükdə cəld şəkildə reaksiya göstərilməlidir. Bu reaksiya distribüterin qanun və qaydalardan kənar əməli ilə eyni sərtlikdə olmalıdır. Kimsə ciddi xəta törədirsə, onun distribüterliyi ləğv olunur. Maarifləndirmə və Məcburetmə eyni məqsədi daşıyır. İndustriyanın standartlarına uyğunluq və onlara riayət etmək kimi məqamlar da var. Birbaşa Satış Assosiasiyalarına nəzər salsanız, onların qanunları və təlimatlarında deyilir ki, digər şirkətin və digər şəxslərin məhsullarını pisləmək, məhsulları və gəlir imkanlarını təhrif etmək qəti qadağandır. Bu qaydalara riayət edin və hər şey qaydasında olacaq.

Netvork Marketinq-ə peşə kimi müəyyən şübhələrlə yanaşırlar. Fikrinizcə, Birbaşa Satış industriyası layiq olduğu etimada və hörmətə nə vaxt yetişəcək?

Dünyanın qloballaşan bu dövründə və ticarətdə mövcud olan maneələrin və təcrübələrin aradan qalxmasını nəzərə alsaq, bu industriyanın daha da yaxşı qəbul edilməsi sadəcə olaraq zaman məsələsidir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.