İqtisadiyyat

Mərkəzi Bankda hərrac

23 Avqust 2017 18:10
Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50100160S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 421,249,200.00 yerləşdirilmiş həcmi isə 100 mln manat təşkil edib.

Notların ödəmə tarixi 20 sentyabr 2017-ci ildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.