İqtisadiyyat

"Samsung Wind Free - küləksiz texnologiyalar səhhətinizin keşiyində"

24 Avqust 2017 10:00
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəribə və təəccüblü olsa da biz daha çox yay aylarında soyuqdəyməyə məruz qalırıq. Yəqin hər kəs "mənə kondisionerdən soyuq olub" kəlməsini eşidib. İşdə, evdə, biz üzərimizə vuran soyuq hava kütləsinin təsirinə məruz qalırıq. Ən əsas da odur ki, biz çox gec olmadan kondisionerin təsirini hiss belə etmirik və nəticədə xəstələnirik. Bəs bunun qarşısını necə almaq olar? Sizi düşünərək Samsung yeni Wind Free funksiyalı kondisioner xəttini yaradıb. Yeni kondisionerlər soyutma prosesi iki mərhələdən ibarət olan Two Step Cooling prinsipi ilə işləyir. Birinci mərhələ - sürətli soyutmanı təmin edən Fast Cooling Mode adlanır, otağın temperaturu lazımi həddə çatdıqda isə sizə, sadəcə, kondisioneri Wind Free rejiminə keçirmək qalır. Bu rejimdə kondisionerlər 21 min mikroskopik məsamə vasitəsi ilə soyudulmuş havanı otağın bütün sahəsinə yayır. Bu "küləksiz" rejimdə hava axınının sürəti saniyədə 0.15 metri üstələmir.

Wind Free texnologiyası ilə, sadəcə, rejimi dəyişərək otağın hər bir bucağında, hətta bir başa kondisionerin qabağında belə komfortlu hava şəraitdən həzz almaq mümkündür. Bu kondisionerlərdə xüsusi formalı konstruksiyadan istifadə olunur. Unikal üçbucaq konstruksiya, daha böyük hava qəbuledici ilə fərqlənir, bunu sayəsində kondisioner daha çox hava toplayır.

Buna müvafiq olaraq biz daha böyük həcmdə soyudulmuş hava kütləsi əldə edirik, bu da, öz növbəsində, otaq sahəsini daha tez soyutmağa imkan yaradır.

8 qütblü rəqəmsal inverterlə təchiz olunmuş Samsung kondisionerlərinin yeni modelləri otaq sahəsini 43% daha tez soyudur və adi modellərdən 32% daha az enerji istifadəsini təmin edir.

Bu kondisionerlər lazımi temperaturu tez-tez yanıb-sönmədən uzun müddət saxlaya bilir və bununla yüklənmənin qarşısı alınır ki, bu da Samsung Wind-Free kondisionerlərini daha səssiz, effektiv və uzunömürlü edir.

"Küləksiz" kondisionerlər otağı sürətlə soyutmaqdan əlavə, həm də səhhətinizin qeydinə qalır. Buna misal olaraq, Easy Plus filtrı və Virus Doctor funksiyasının köməyi ilə otağın havasını bakteriyalar, allergenlər və tozdan, təmizləyirlər:

1)EasyPlus:bu filtr hava qəbuledicisinin sahəsini 100% əhatə edərək, viruslar, bakteriyalar və allergenlərin otağa daxil olmasının qarşısını alan xüsusi materialdan hazırlanmışdır (3-ü 1-də örtüyü). Easy Filter Plus-un xarici korpus üzərində yerləşməsi isə, onun rahat şəkildə təmizlənib, yenidən yerinə quraşdırılmasını da asanlaşdırır. 
2)Virus Doctor: kondisionerin generasiya etdiyi mənfi ionların vasitəsilə otağın havası təmizlənmiş olur. Virus, bakteriya və allergenlərdən 99% qoruma təmin edir.

Yeni kondisionerlər sizin rahatlığınız üçün yaranıb və Wi-Fi modul ilə təchiz olunub. İndi siz kondisionerinizi hətta smartfonunuzdan idarə edə biləcəksiniz, bunun üçün Samsung xüsusi əlavə də yaradıb - Smart Home. Bu əlavəni smartfonunuza yükləyərək, siz harada olmağınızdan asılı olmayaraq kondisionerin funksiyalarını tənzimləyə bilərsiniz. Bundan əlavə, uzun gəzintidən sonra split sistemi öncədən aktivləşdirərək, evə qayıdanadək otağın soyudulmasını təmin edə bilərsiniz.

Samsung kondisionerləri haqda daha ətraflı məlumatı "BakuElectronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.