İqtisadiyyat

SOCAR yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır

21 Avqust 2017 19:36
Baxış: 2 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR yaxın illərdə təbii qaz hasilatını artırmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Reuters" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın illərdə bir neçə qaz yatağı istismara veriləcək: "Biz 2019-cu ildə "Abşeron" yatağının ilk mərhələsindən 1,5 milyard kubmetr, 2022-2023-cü ildə isə ikinci fazadan 5 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırırıq. Eyni zamanda yaxın 3-5 ildə "Ümid" yatağında iki platformanın tikintisini və həmin platformalarda 8 quyunun qazılmasını nəzərdə tuturuq".

SOCAR prezidenti həmçinin qeyd edib ki, şirkət "Babək" qaz yatağında da kəşfiyyata başlamağı planlaşdırır: "Bu layihələrin həyata keçirilməsi bizə həm ölkə daxilində, həm də xaricə qaz satışını artırmağa imkan verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.