İqtisadiyyat

Kapital Bank-ın yenilənən Beyləqan filialı istifadəyə verildi

21 Avqust 2017 10:15
Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Beyləqan filialının yenilənmiş ofisini istifadəyə verdi. Yeni konsepsiya əsasında təmir edilən filial Beyləqan şəhəri, G. Əsədov küç., 46 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Beyləqan filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay və Qobustan filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.