İqtisadiyyat

“Bitcoin”lər haqqında 30 maraqlı fakt

20 Avqust 2017 19:32
0 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bitcoin"in məzənnəsi rekord olaraq 4500 dollara çatıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, iqtisadçılar isə dolları əsas rezerv valyuta kimi "bitcoin" ilə əvəz etməyi müzakirə edirlər.

Lakin çox az adam tələbatın çox olduğu bu kritovalyuta haqqında maraqlı faktları bilir. "Bitcoin" haqqında 30 maraqlı faktı sizlərə təqdim edirik:

1. "Bitcoin"lərin 1,5%-i FBI-ya məxsusdur.

2. "Bitcoin"in güman olunan yaradıcısı Satoşi Nakamotonun sərvəti 2 milyard dollar dəyərində olduğu ehtimal edilir. Onun haqqında məlumatların əldə olunması üçün bir çox cəhdlər edilib. Lakin bu cəhdlərin hamısı nəticəsiz qalıb.

3. Hal hazırda heç bir ölkə və ya təşkilat "bitcoin"i idarə etmir.

4. "Bitcoin"lərin 64%-i heç vaxt istifadə olunmayıb və heç vaxt da istifadə olunmayacaq.

5. "Bitcoin"in qiyməti" 2010-cu ildən 879.999 dəfə artıb.

6. Ən böyük "bitcoin" startaplar "Circle", "Blockstream" və "Digital Assets Holdings"dir.

7. "Blockchain" texnologiyasından istifadə edən banklar hər il 8-12 milyon dollar vəsait qənaət edirlər.

8. Dünyada yalnız 807 nəfər insan bitcoin vasitəsilə əldə edilmiş gəlirdən vergi ödəyib.

9. Böyüklüyünə görə dünyanın 4-cü ən böyük kriptovalyuta birjası "Bithumb" 29 iyun 2017-ci il tarixində xakerlər tərəfindən hücuma məruz qalıb. Nəticədə müştərilərin hesablarından külli miqdarda kriptovalyutaları itib.

10. 22 may 2010-cu ildə bir nəfər 10 000 "bitcoin"ə bir pizza sifariş edib İndiki məzənnəyə uyğun olaraq isə bu, 41 milyon dollardan bir qədər çoxdur.

11. "Bitcoin" şəbəkəsindəki tranzaksiyaları geri qaytarmaq olmur.

12. Britaniyalı bir şəxs daxilində 7,5 milyon dollar dəyərində "bitcoin"in olduğu sərt diski atmışdı. O düşünürdü ki, sərt diskin daxilindəki bütün məlumatları kopyalayıb. Lakin bunun əksinin olduğunu biləndə iş-işdən artıq keçmişdi.

13. "Bitcoin" tranzaksiyaları barəsində bütün məlumatlar açıq mənbə olaraq yerləşir və onlara "blockchain" sistemi vasitəsilə baxmaq olar.

14. "Bitcoin mining"i üçün nəzərdə tutulmuş kompüterlər şəbəkəsi 500 ədəd superkompüterdən daha güclüdür.

15. 2016-cı ildə bir şəxs 5 dollar əvəzinə səhvən 137 min dollar dəyərində "bitcoin" köçürməsi etmişdi. Nəticədə isə həmin məbləği geri qaytarmaq mümkün olmamışdı.

16. Ümumi tapılacaq "bitcoin"lərin maksimal sayı 21 milyondur. İndiki vaxtda 17 milyon bitcoin tapılıb. Proqnozlara əsasən bu limitə 2040-cı ilə kimi çatmaq mümkün olacaq.

17. Kipr Universiteti dünyanın ilk universitetidir ki, orda təhsil haqqı həmçinin, "bitcoin"lər vasitəsilə qəbul olunur

18. Yaxın gələcəkdə "bitcoin"lərin hesabına kosmosa uçmaq mümkün olacaq

19. "Counter Strike" oynayaraq "bitcoin" qazanmaq mümkündür. "Starcraft" çempionatı tarixində ən böyük uduş məbləği də bu kriptovalyuta vasitəsilə əldə edilib.

20. Kaliforniya dairə məhkəməsi pulların yuyulması ilə bağlı məsələni ləğv edib. Məhkəmə hesab edir ki, "bitcoin" qanuna əsasən real pul deyil.

21. Bu ilin əvvəlindən "bitcoin" 162% bahalaşıb.

22. Hal hazırda 48 şirkət müxtəlif məhsul və xidmətlərə görə ödəniş kimi "bitcoin"ləri qəbul edir

23. "Bitcoin"in qəpik tərzində olan ekvivalentinin yaradılması cəhdləri olub. Əslində "Casascius" üzərində holoqrafik kodu olan və rəqəmsal portmanata giriş açarı kimi qəbul olunan "bitcoin" qəpiyidir. Bir çox yerlərdə "bitcoin" barəsində məlumatlarda əks olunmuş həmin qəpik fotolarındakı məhz "Casascius"dur

24. 2009-cu ildə Norveçdə bir gənc 27 dollara "bitcoin"lər almışdı. Lakin sonradan o, həmin "bitcoin"lərini unudub. Bir müddət sonra aldığı "bitcoin"lər yadına düşəndə isə artıq, 886 min dolların sahibi idi.

25. Belçikada "bitcoin"lərə vergi qoyulması ləğv olunub.

26. Tailand dünyanın ilk ölkəsidir ki, "bitcoin"ə qadağa qoyub.

27. Mövcud "bitcoin"lərin 5%-i "Dark Web"də istifadə olunur

28. Dünya banklarının 69%-i, "bitcoin"lərlə müxtəlif təcrübələr aparırlar

29. İlk 5 il ərzində "bitcoin"in qiyməti 0-dan 1000 dollara qalxıb.

30. Dünyanın ilk "bitcoin" bankomatı Kanadanın Vankuver şəhərində istifadəyə verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.