İqtisadiyyat

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 21:27
2 Şərh     Baxış: 3 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə və ətraf rayonlarda soğan xeyli ucuzlaşıb. İndi soğanın kilosunu 2 dəfə aşağı qiymətə almaq olur. Soğanın belə ki, bir müddət əvvəl 35 kiloqramlıq kisəsi 5-12 manat arasında satılan soğan indi 3-6 manata alıcılara təqdim olunur. Ucuzlaşmanın səbəbi məhsulun bol olmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, soğanın qiyməti xeyli enib. Bərdə və ətraf rayonlarda soğan 50 faizə qədər ucuzlaşıb. Bir müddət əvvəl 35 kiloqramlıq kisəsi 5-12 manat arasında satılan soğan indi 3-6 manata alıcılara təqdim olunur. Xırda soğanın qiyməti ucuz olduğundan alıcısı daha çoxdur. Ağdamdan gətirilən bu soğanlar qışa qalmır.
Nisbətən iri soğanın qiyməti isə fərqlidir. Satıcıların sözlərinə görə, soğanın ucuzşalmasına səbəb məhsulun bol olmasıdır. Qışlıq soğan isə sentyabr-oktyabr aylarında sahədən yığılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Soğanın qiyməti xeyli ucuzlaşdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.