İqtisadiyyat

Dünya Bankı Azərbaycan hökumətinə kömək etməyə hazırdır - FOTO

17 Avqust 2017 10:40
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünya Bankı (DB) Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun fikrincə, hökumət biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır: "Ümumilikdə maliyyə sektoru kreditləşdirmə haqqında qərarı müstəqil olaraq özü qəbul etməlidir".

Agentliyin həmsöhbəti bildirib ki, sağlamlaşdırma prosesinin başlamasınadək Azərbaycan Beynəlxalq Bankının payına Azərbaycanın bank sektorunun bütün aktivlərinin təqribən 35 faizi düşürdü: "Lakin bankın akitvlərlə bağlı ciddi problemi oldu. ABB-nin belə problemlə qarşılaşmasının səbəblərindən biri o idi ki, müvafiq qərarı (kredit ayrılması barədə - red.) hökumət deyil, özəl sektor qəbul etməlidir".

N.H.Naqvi qeyd edib ki, Dünya Bankı, o cümlədən DB qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizmin hazırlanması üçün kömək etməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.