İqtisadiyyat

SOCAR Azərbaycanda nə qədər qazanır?

12 Avqust 2017 23:51
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın ötən ilin sonuna Azərbaycandakı gəlirləri 5 milyard 171 milyon manat, İsveçrədə 40 milyard 438 milyon manat, Türkiyədə 3 milyard 479 milyon manat, Birləşmiş Ərəb Əmirliklərində 1 milyard 156 milyon manat, Gürcüstanda 1 milyard 46 milyon manat və sair ölkələrdə isə 615 milyon manat olub (ümumi gəlirlər - 51 milyard 905 milyon manat).

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir.

Qeyd edilir ki, 2016-cı il dekabrın 31-nə SOCAR-ın maliyyə alətləri, təxirə salınmış vergi aktivləri, əmək fəaliyyətinin başa çatmasından sonra ödəniş planları üzrə aktivlər və sığorta müqavilələri üzrə hüquqlar istisna olmaqla hər bir ölkə üzrə əhəmiyyətli olan uzunmüddətli aktivləri belədir: Azərbaycan - 20 milyard 632 milyon manat, Türkiyə - 6 milyard 949 milyon manat, Birləşmiş Ərəb Əmirlikləri - 1 milyard 803 milyon manat, İsveçrə - 856 milyon manat, Gürcüstan - 526 milyon manat və digər ölkələr isə 267 milyon manat (cəmi uzunmüddətli aktivlər - 31 milyard 33 milyon manat).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.