İqtisadiyyat

Azərbaycana gətirilən avtomobillərin sayı artdı

12 Avqust 2017 16:14
0 Şərh     Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin Yanvar-İyul aylarında Azərbaycana 4 468 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur. 2016-cı ilin 7 ayında Azərbaycana 2 879 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.
Milli.Az fins.az-a istinadən bildirir ki, yanvar-iyul aylarında 111 ədəd avtobus, 3 791 ədəd minik avtomobili, 519 ədəd yük avtomobili, 47  ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar- İyul aylarında  2 475 ədəd minik avtomobili, 300 ədəd yük avtomobili, 44 avtobus, 60 ədəd xüsusi texnika idxal olunmuşdu. 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.