İqtisadiyyat

Azərbaycanda bank ombudsmanı fəaliyyətə başladı - VİDEO

12 Sentyabr 2017 21:13
0 Şərh     Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Banklar Assosiasiyasının nəzdində "bank ombudsmanı" təsis edilib. Artıq kiçikhəcmli problemli kreditlər məhkəməyə getmədən həll olunacaq. Bunun üçün bank və ya müştəri bank ombudsmanına müraciət etməlidir. Bəs bunun üçün hansı sənədlər tələb olunur və müraciətdən əvvəl nə etmək lazımdır?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bank və müştəri arasındakı mübahisələrə məhkəməyə getmədən yekun vurulacaq. Bu məqsədlə bank ombudsmanı institutu fəaliyyətə başlayıb. Bankdan narazı qalan müştərilər və ya müştərisinin kredit müqaviləsinin şərtlərini pozduğunu iddia edən banklar bu ombudsmana müraciət etməklə qarşılıqlı ittihamlarına son qoyacaqlar. Ancaq ilkin mərhələdə 2 min ABŞ dollarına qədər olan borclara baxılacaq...
Bank Ombudsmanı İkram Kərimovun sözlərinə görə, məbləğ bilərəkdən 2 min dollar seçilib. Problemli kreditlərin sayı çox olduğundan hələ ki kiçikhəcmli borclara baxılacaq.
Mübahisə tərəfi bir tərəfdən bank, digər tərəfdən isə fiziki şəxs və ya onun etibarnamə ilə təmin olunmuş səlahiyyətli nümayəndəsi ola bilər. Ancaq ombusdman sənədləri məhkəmədə olanların işinə baxmayacaq. Bank ombudsmanına müraciət isə olduqca sadədir.
Vətəndaş müraciət üçün bankla bağladığı müqaviləni, şəxsiyyət vəsiqəsini, banka ünvanlanan şikayət ərizənin surətini və bankın arayışını Ombudsmana təqdim etməlidir. Ombudsman işə, müraciət Bakıdan edildikdə 1, bölgələrdən olduqda isə 2 ay ərzində baxır. Xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Bank ombudsmanının qərarından narazı qalan tərəflər yenidən məhkəməyə müraciət edə biləcəklər.
Hazırda 19 bank ombudsman xidmətinə qoşulub. Bank olmayan kredit təşkilatları ilə isə danışıqlar aparılır. Bank ombudsmanı İkram Kərimovun sözlərinə görə, gələcəkdə sığorta sahəsində yaranan problemlər də məhkəməyə getmədən mübahisələndiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bank ombudsmanı fəaliyyətə başladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.