İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından "Yaşa görə güzəşt" kampaniyası

31 İyul 2017 11:08
Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daim öz müştərilərinin qayğısına qalan Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniyaya start verir. "Yaşa görə güzəşt" şüarı altında keçirilən kampaniya çərçivəsində bankdan nağd pul krediti əldə edən müştərilər yaşlarından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.

Yaşa görə güzəştlər ümumən aşağıdakı formada olacaq:

-18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1% endirim

- 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2% endirim

Kampaniya 1 avqust - 15 avqust müddətində keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının maaş və pensiya kartı sahibləri bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün, sadəcə, şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25%-dən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.