İqtisadiyyat

"SOCAR Polymer"də gələn il iki istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur - FOTO

28 İyul 2017 21:05
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SOCAR Polymer" layihəsi çərçivəsində 2018-ci ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsalı gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması" mövzusunda keçirilən tədbirdə "SOCAR Polymer" MMC-nin direktoru Fərid Cəfərov deyib.

O, qeyd edib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. "SOCAR Polymer" layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır.

Xammal olaraq "Azərkimya" İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq. Müəssisənin tikintisində 3 minə yaxın işçi çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.