İqtisadiyyat

Nazirlikdən alıcılara ərzaq məhsulları ilə bağlı XƏBƏRDARLIQ

28 İyul 2017 16:57
0 Şərh     Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay mövsümündə havaların qızması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, ərzaq məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Ona görə də ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının brbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edin. Qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin.

İstehlakçılardan ərzaq mallarının satışı zamanı qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "Facebook" səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və ya 498-15-04 nömrəli telefonlarla, eləcə də www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.