İqtisadiyyat

Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək"

28 İyul 2017 13:55
Baxış: 1 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib.
 
Onun sözlərinə görə, boru kəmərinin bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasına rəğmən, dövlət onun problemsiz işləməsi üçün hər şey edir.
 
"Boru kəmərinin fasiləsiz işləməsi bizim üçün əsas prioritet məsələlərdən biridir. Bakı-Supsa kəməri çox vacib strateji obyektdir və təbii ki, onun təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün tədbirlər həyata keçiriləcək", - deyə K. Tsixelaşvili bildirib.  
 
Qeyd edək ki, Bakı-Tbilisi-Supsa neft kəmərinin Gürcüstanın Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.