İqtisadiyyat

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətindədir

27 İyul 2017 10:19
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarlarına geniş məhsul çeşidi ilə çıxmaq niyyətindədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

Səfirin sözlərinə görə, Azərbaycanın planlarında Bolqarıstanla əməkdaşlığı ticarət, kənd təsərrüfatı, turizm, İKT kimi saələrdə genişləndirmək yer alır.

Diplomat nəqliyyat sahəsində əməkdaşlığın da mühüm olduğu qeyd edərək bildirib: "Hazırda konkret olaraq Qara dəniz-Xəzər dənizi-Fars körfəzi, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya və Çin ölkələri marşrutları var. Amma Bolqarıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunda da maraqlıdır".

N.Qurbanova qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirlməsi planlaşdırılır.

Diplomat əlavə edib: "Biz həmçinin "Made in Azerbaijan" məhsullarının Bolqarıstanda tanıdılmasında maraqlıyıq".

Səfirin sözlərinə gröə, Bolqarıstan eləcə də Azərbaycnnı "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir.

Azərbayvan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında mal dövriyyəsi bu ilin yanvar-iyun aylarında 6,39 milyon dollar təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.