İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

25 İyul 2017 23:38
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 49,77 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 49,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 24-də 46,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətləeynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 24-də 47,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.