İqtisadiyyat

Ərəb turistləri yenə də ilk sırada

25 İyul 2017 08:58
0 Şərh     Baxış: 2 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.

Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.

N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: "Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk".

N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.