İqtisadiyyat

Azər Türk Bankın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb

24 İyul 2017 10:56
Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət bankı Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 30 iyun 2017-ci il tarixinə Bankın aktivləri 311 623 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 126,7 milyon manat təşkil etmişdir. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 811 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84 faiz səviyyəsindədir.

Ümumi gəlirlər 12 milyon 544 min manat, xərclər 11,1 milyon manat təşkil etmiş, bankın xalis mənfəəti 1 milyon 430 min manatdan çox olmuşdur

Bankın depozit potfeli 206,3 milyon manat həcmindədir.

Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

22 ildir fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.