İqtisadiyyat

Dnepr meri Azərbaycan şirkətlərini qədim türk məscidinin yenidən qurulmasına dəvət edir

18 İyul 2017 12:27
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, ticari layihələrin reallaşdırılması və birgə müştərək işlərin görülməsi vacibdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Dnepr Şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşündə deyib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda münbit investisiya mühiti yaradılıb və ölkəmizin regionlarının inkişafına diqqət ayrılıb: "Azərbaycanın qapıları Ukrayna investorlarının üzünə açıqdır. Azərbaycanın tanınmış şirkətləri artıq Ukraynada iqtisadi, ticari layihələrə investisiya yatırırlar. Azərbaycan şirkətləri Dnepr şəhərinin iri layihələrinə də investisiya qoymağa hazırdır".

B.Filatov isə bildirib ki, Dnepr şəhərində 30 mindən çox azərbaycanlı yaşayır. Onlar şəhərin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edirlər: "Dnepr şəhərinin avtomobil yolları yenidən qurulacaq və Azərbaycan şirkətləri bu layihələrdə iştirak edərlərsə, administrasiya rəhbərliyi hər cür köməklik göstərəcək".

Mer, həmçinin Azərbaycan şirkətlərini keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən qurulmasına dəvət edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.

Söhbət zamanı Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.