İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

14 İyul 2017 23:33
4 Şərh     Baxış: 3 542

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 48,86 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 48,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 13-də 46,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 13-də 47,9 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    oxucu · 15 İyul 00:4220

    Yaşasın şuramız! Nefti xaricə litrini 50 qəpiyə satırıq özümüzdə 90 qəpik oldu.

    Cavab yaz
  • Anonim
    oxucu · 15 İyul 00:4410

    Gərək A-92 benzini elə 92 qəpiyə qaldıraydılar. Zerkalnı olardı dəəə...

    Cavab yaz
  • Anonim
    samir · 15 İyul 10:0920

    bele iw olar dahada qaldirin 2 manat edin azdi 90 qep

    Cavab yaz
  • Anonim
    svs · 15 İyul 11:2900

    bes yawayiy minimumunu niye qaldirmirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.