İqtisadiyyat

Sahibkarların maarifləndirilməsi tədbirləri iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır

14 İyul 2017 20:40
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində "Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə sahibkarların maarifləndirilməsidir.

Tədbirdə İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğinin dəfələrlə azaldılması, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin tətbiqi, qeyri-neft ixracının təşviqi ilə bağlı ixrac təşviqinin ödənilməsi, dövlət satınalmalarında aparılan təkmilləşdirmələr və s. istiqamətdə mühüm işlər görülüb.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxışında Yevlaxda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Xaçmazda da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.

İqtisadiyyat Nazirliyinin nümayəndələri Xalid Balakişiyev və Kənan İsgəndərov sahibkarların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazası, investisiya təşviqi sənədinin alınması üçün müraciət qaydası, tələb olunan sənədlər və investisiya təşviqi sənədinin verilməsi, Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev isə yoxlamaların elektron uçotu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nin məqsəd və prinsipləri, əhəmiyyəti barədə məlumat veriblər.

Tədbirdə sahibkarlarla müzakirələr aparılıb, sualları cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.