İqtisadiyyat

İtaliya İranda dəmir yolu tikəcək

13 İyul 2017 21:42
0 Şərh     Baxış: 780

İran və İtaliyanın dövlət dəmir yol şirkətləri əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəddə qeyd olunan əsas bəndlərdən biri İranda yüksək sürətli dəmir yolunun tikintisidir.

Memoranduma əsasən, İtaliya tərəfi İranda ilk mərhələdə 135 kilometr uzunluğunda Arak və Qum şəhərləri arasında yüksək sürətli dəmir yolu tikəcək.

Bundan başqa, tikinti layihəsinin ikinci mərhələsində Tehran və Həmədan şəhərləri arasında 320 kilometrlik dəmir yolunun tikintisi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.