İqtisadiyyat

OPEK-in neft hasilatı ilə bağlı İYUN hesabatı

13 İyul 2017 20:39
0 Şərh     Baxış: 225

OPEK ölkələri iyun ayında neft hasilatını may ayı ilə müqayisədə sutkada 393,5 min barrel artıraraq 32,611 milyon barrelədək çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə OPEK-in iyun ayı ilə bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, neft hasilatı ən çox Liviya, Nigeriya, Anqola, İraq və Səudiyyə Ərəbistanında artıb. Venesuelada isə hasilatın azalması müşahidə olunub.

Belə ki, iyun ayında Liviyada neft hasilatı sutkada 852 min barrel, Nigeriyada 1,733 milyon barrel, Səudiyyə Ərəbistanında 9,95 milyon barrel təşkil edib.

Bununla yanaşı, İran neft hasilatı səviyyəsini sanksiyadan əvvəlki dövrədək artırmaq icazəsi verildikdən sonra iyun ayında hasilatı sutkada 3,79 milyon barrelədək artırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.