İqtisadiyyat

Azərbaycanda yükdaşımalar bahalaşıb

13 İyul 2017 19:29
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3% bahalaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK) daxil olan məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% ucuzlaşıb.
"Dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% bahalaşıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb",- DSK-nın məlumatında bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.