İqtisadiyyat

Neft kəskin bahalaşacaq – "HALLİBURTON"

13 İyul 2017 19:08
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəkdə neftin qiymətlərində kəskin sıçrayış olacaq.
Milli.Az "Report"a istinadən bildirir ki,bu proqnozla dünyanın ən iri neft sektoru xidmət şirkəti olan "Halliburton"un (ABŞ) qlobal biznesin inkişafı üzrə vitse-prezidenti Mark Riçard (Mark Richard) İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edib.
M.Riçard bildirib ki, neftin qiymətində son illərdə baş verən azalma bu sahədə investisiyaların təqribən 2 trln. dollar azalmasına gətirib çıxarıb. İnvestisiyaların azalması bir neçə ildən sonra neft bazarına təsir edəcək və təklif tələbdən geri qalacaq.
"Gec və ya tez biz itirilənləri geri alacağıq. Neftin qiymətində kəskin artım mütləq baş verəcək. Bunun 2020-2021-ci illərdə baş verməsi mümkündür", - M.Richard qeyd edib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.