İqtisadiyyat

Samsung Galaxy J5-lə harada olmağınızdan asılı olmayaraq, əla şəkillərdən həzz alın!

14 İyul 2017 10:00
Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tezliklə çoxlarımız səbirsizliklə gözlədiyi və əsaslı hazırlaşdığı istirahətə çıxacaqlar. Hər kəs tətilə minimum sayda, ən lazımı əşyaları götürmək istəyir. Fotoaparatla gəzmək və tanımadığınız insanlardan şəkilinizi çəkməyi xahiş etmək, sonra bütün axşamı çəkdiyiniz şəkilləri smartfona köçürüb, axır ki, bundan sonra səhifənizdə yerləşdirmək, belə istirahəti kim istəyər ki? Hamımız tətildən xoş xatirələrlə qayıtmaq və öz sevincimizi yaxınlarımızla sosial şəbəkələr vasitəsi ilə anında bölüşmək arzusundayıq. Qarşılayın yeni "J (2017)" seriyasının təmsilçisi, eyni anda iki 13 MP-li kamera ilə təchiz olunmuş Samsung Galaxy J5. Zərif, tam metalik korpusla və 2.5D möhkəmləndirilmiş şüşə ilə örtülmüş 5.2" Super AMOLED HD displeylə birgə yeni smartfon keyfiyyətli və müasir kameralara malikdir. Bu qiymət seqmenti arasında belə keyfiyyətli şəkil çəkmək qabiliyyətinə malik smartfona çox nadir hallarda rast gəlmək olar. Yeni kameraların sirri təkcə MP-lərdə deyil. Burada mühüm rolu işıq qüvvəti, optika və şəkil emalı alqoritmləri oynayır. Əsas kamera korpusun arxa panelində yerləşir və çıxıntısızdır. Bu kamera, təsvir detallarının dəqiqliyini ("yayılmış" şəkil effektini aradan qaldırılmasını) təmin etmək üçün daha çox işıq toplama qabiliyyəti olan, yaxşılaşdırılmış optika ilə təchiz olunmuşdur. Hətta zəif işıq şəraitində belə qüsursuz şəkillər əldə etməyə icazə verən bu xarakteristika F/1.7 aperturası adlandırılır. Kameranın istifadəsi də olduqca rahat və başa düşüləndir. Kameranın istifadəsində əlavə komfortu yaradan, displey boyunca yerinin sizə uyğun dəyişilməsi mümkün olan "çəkim" düyməsidir. İndi "çəkim" düyməsi hər zaman "əlinizin altında" olacaq!

Samsung Galaxy J5-in frontal kamerası, qiymətləri daha üstün olan smartfon modellərinin çəkdiyi selfilərdən heç də geri qalmayan şəkillər çəkməyə imkan verir. Kamera təkmilləşdirilmiş F/1.9 diafraqması üzərində işləyir. Diafraqma təsvirin ən bədii aləti sayılır, diafraqmanın "ölçüsünü" tənzimləyərək və istənilən obyekt üzərində diqqəti cəmləyərək, şəkildə "vurğunun" hansı detala edilməsinə fotoqraf özü qərar verir. F/1.9 aperturası LED-flaşla bir yerdə, hətta zəif işıq şəraitində belə daha dəqiq detalizasiyalı parlaq və dəqiq şəkillər çəkməyə imkan yaradır.

Xüsusi olaraq yeni frontal kameranın çoxsaylı lazımlı funksiyalarını qeyd etmək vacibdir ki, bunlardan biri PALM Selfie funksiyasıdır. İndi kimdənsə sizin şəkilinizi çəkməsini xahiş etməyə ehtiyac yoxdur, arzuladığınız fotonu bir saniyə içində özünüzdə çəkə bilərsiniz. Əlavə çətinlik yaşamadan, sadəcə kameraya "əlinizin içini" göstərmək yetərlidir. Kamera bu jesti "çəkmək" komandası kimi qəbul edib, bir göz qırpımında şəkilinizi çəkəcək. Bundan əlavə əgər siz selfinizdə olduğunuz mənzərənin tam gözəlliyi ilə əks olunmasını istəyir və ya dostlarınızla kollektiv şəkil çəkdirirsinizsə, Samsung Galaxy J5-lə bundan asan istək yoxdur. Geniş bucaqlı (panorama) selfifunksiyası sayəsində bütün dostlarınız kadra düşəcək. Yeni, şəkilin üzərində düzəliş etmə imkanı funksiyası sayəsində isə siz kollektiv şəkilləri həm birinci dəfədən istədiyiniz kimi çəkə biləcəksiniz, həm də dostlarınız razı qalacaq.

Böyük həcmdə şəkillərin sistemdə saxlaması üçün smartfon 16QB daxili yaddaşla təchiz olunub. İstədikdə, microSD kartın köməyi ilə bu rəqəmi 256 QB-a qədər artırmaq olar.

Sizə aid foto şəkillərin ancaq sizin seçdiyiniz yaxınlarınızla bölüşülməsi üçün, Galaxy J5 smartfonu barmaq izi skareni ilə təchiz olunub. Sizin məlumatlarınız hər zaman qorunma altında olacaq, hətta tətildə belə!

Yenilənmiş və zərif Samsung Galaxy J5(2017) harada olmağınızdan asılı olmadan ən yaxşı yol yoldaşınızdır! Yeni "J" seriyalı smartfonları artıq: "BakuElectronics", "İrshadTelecom", "KontaktHome", "Maxi.az" və "Soliton" mağazalar şəbəkəsində əldə etmək olar.

*Diqqət! Samsung smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.