İqtisadiyyat

Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var"

13 İyul 2017 11:08
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Gürcüstana rəsmi səfəri ərəfəsində deyib.

Vitse-prezident əlavə edib ki, Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsində əsas tranzit rolunu oynayır.

Qeyd edək ki, M.Şefçoviç Gürcüstana səfəri çərçivəsində enerji təhlükəsizliyi və enerji bazarlarının şaxələndirilməsi məsələlərinin də müzakirə olunacağı "Regional sabitliyin təmin edilməsi" mövzusunda Batumi beynəlxalq konfransında iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.