İqtisadiyyat

"Rabitəbank"-la sürətli pul köçürmələri edənlər qazanacaq!

11 İyul 2017 10:15
Baxış: 2 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rabitəbank" müştərilərinə mobil telefon və planşet qazanmaq imkanı yaradır. 1 ilyul 2017-ci il tarixindən başlayaraq "Rabitəbank"-da sürətli pul köçürmələri edən müştərilər stimullaşdırıcı lotereya oyununa qoşularaq hədiyyə qazanmaq imkanı əldə edirlər. Hər bir müştəri 500 AZN və onun ekvivalenti dəyərində xarici valyutada pul köcürməsi və ya daxil olmuş vəsaiti əldə etmə əməliyyatları apararaq lotereyada iştirak etmək hüququ qazanır. Qazanılan uduşu müştərilər 30 iş günü ərzində şəxsiyyət vəsiqəsi, köçürmə sisteminə aid olan sənəd və lotereya biletini göstərməklə bankın xidmət məntəqələrindən əldə edə bilərlər.

"Rabitəbank" əhaliyə pul köçürmələri üzrə müxtəlif növ xidmətlər təklif edir. Bank Western Union, Blizko, Contact, Monex və s. sistemlər vasitəsilə dünyanın istənilən nöqtəsinə anında sürətli pul köçürmələrini həyata keçirir.

Bu gün ATM şəbəkəsini 60 ədədə çatdıran bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir.

Ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura və ya http://www.rabitabank.com/az/private_clients/remittances linkinə daxil ola bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.