İqtisadiyyat

Neft qiymətləri bu həftəyə artımla başladı

10 İyul 2017 23:49
0 Şərh     Baxış: 2 387

Dünya neft qiymətləri bu həftəyə artımla başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna Liviya və Nigeriyanın OPEK Nazirlər Komitəsinin iclasına dəvət edilməsi səbəb olub.

Brend markalı neftin qiyməti bu gün səhər saatlarında 0,73 faiz qalxaraq bir barrel üçün 47,05 dollara bərabər olub.

Qeyd edək ki, ötən həftə sonu neft qiymətləri hərracda 3 faizədək azalmışdı.

OPEK sazişinin icra olunmasının monitorinqi üzrə Nazirlər Komitəsinin iclası iyulun 24-ü Sankt-Peterburqda keçiriləcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.