Azərbaycanlı Rusiyada Ford-un baş direktoru oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ford Sellers-in yeni prezidenti və baş direktoru vəzifəsinə əvvəllər şirkətdə icraçı direktor və birinci vitse-prezident işləyən Adil Şirinov təyin edilib.
Şirinov Ford Sollers-in prezidenti vəzifəsində 2015-ci ilin iyulundan şirkətə rəhbərlik edən Mark Ovendeni əvəz edib, bu barədə bu gün Rusiyanın "Vedomosti" qəzeti yazıb.
Milli.Az banker.az-a istinadən bildirir ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.
O, Ford Sollers-də şirkətin qurulduğu 2011-ci ildən işləyir.
"Rusiyada Adili yaxşı tanıyır və hörmət edirlər, onun təcrübəsi və nadir ekspertizası Ford Sollers-in mövqeyini möhkəmləndirməsinə və bazar potensialını həyata keçirməsinə kömək edəcək", deyə Ford Motor Company-nin vistse-prezidenti Stiven Armstronq bildirib.
Ford Sollers-in tərkibinə üç avtomobil zavodu: biri Leninqrad vilayətində (Focus və Mondeo buraxır), ikisi isə Tatarıstanda (Kuga, Explorer və Transit, Fiesta və Ecosport buraxır). Həmçinin, Tatarıstanda mühərrik zavodu var.
Ford Sollers layihələrinə ümumi investisiyalar 1,5 mlrd. dollar olaraq qiymətləndirilir.
Adil Şirinov Sollers şirkətinə gəlişindən əvvəl "RusPromAvto" ASC-də alış üzrə direktor işləyirdi. 1999-cu ildən 2002-ci ilə qədər Ford Motor Company şirkətində işləyib.
1993-1998-ci illərdə o, OTİS Elevators-un Rusiyadakı nümayəndəsi olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Bakıda BMW körpüdən aşdı - (Foto)
-
Bakıda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)





