İqtisadiyyat

Moskvanın yeni aeroportundan Bakıya uçuşlar başlayır

4 İyul 2017 12:15
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Pegas Fly" ("İkar") aviaşirkəti iyulun 27-dən Moskvanın yeni "Jukovski" beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət "Jukovski" - Bakı müntəzəm sərnişin reyslərini yay cədvəlinin sonunadək - oktyabrın 29-na qədər həftədə iki dəfə yerinə yetirəcək.

Cümə axşamı Moskvadan uçuş yerli vaxtla saat 10:45, Azərbaycan paytaxtına çatma Bakı vaxtı ilə saat 15:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş isə saat 16:15, "Jukovski"yə çatma 18:10-da icra olunacaq.

Həftənin bazar ertəsi və şənbə günləri təyyarə Moskvadan saat 08:10-da hava qalxıb saat 12:25-də təyinat yerinə çatacaq. Geriyə isə 13:40-da istiqamət alıb saat 15:35-də Rusiya paytaxtına çatacaq.

Uçuşlar "Boeing-767" təyyarələrində yerinə yetiriləcək.

Bundan əvvəl reyslərin martın 14-dən həyata keçirilməsi nəzərdə tutulurdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.