İqtisadiyyat

SOCAR Gürcüstanda yanacagın qiymətini dəyişəcək?

24 İyun 2017 08:02
0 Şərh     Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Gürcüstanda avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur.

Milli.Az "Report"a istinadən bildirir ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 5-7, bəzilərində isə 10 tetri ucuzlaşıb (1 tetri 0,25 sent).
Bəzi ekspertlər qiymətlərin aşağı düşməsini dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqələndirirlər.
"SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov da "Report"un Gürcüstan bürosuna müsahibəsində faktı təsdiqləyib və bunun dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəli olduğunu bildirib.
"Dünya bazarında, son iki ildə neftin bir barelinin qiyməti 45-55 ABŞ dolları arasında dəyişir. Buna görə də istehlak qiymətlərində də dəyişmə baş verir. Lakin qiymət dəyişikliyi elə də böyük olmur. Gürcüstanda da avtomobil yanacağının qiymətləri müvafiq olaraq 5-10 tetri aşağı düşür və ya qalxır. Çünki ilin əvvəlində Gürcüstan dövlətinin aksiz vergisini qaldırması nəticəsində yanacağın qiymətləri də təqribən 5-10 tetri qiymətində artıb. Ona görə də, bugünkü qiymətlərin azalması ciddi narahatlıq doğurmur". - deyə o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.