İqtisadiyyat

Yunanıstanın baş nazirindən TAP-la bağlı AÇIQLAMA

19 İyun 2017 16:56
0 Şərh     Baxış: 636

"Transadriatik qaz kəmərinin (TAP) tikintisi sürətləndirilmiş rejimdə davam edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras türkiyəli həmkarı Binəli Yıldırımla birgə mətbuat konfransında deyib.

A.Tsiprasın sözlərinə görə, TAP regionda ən vacib enerji layihələrindən hesab olunur.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.

TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.