İqtisadiyyat

"Total" "Abşeron" yatağında qaz hasilatına başlayacaq - FOTO

8 İyun 2017 17:05
0 Şərh     Baxış: 2 286

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (AXDG) QSC-də "Total" şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə QSC-dən məlumat verilib.

AXDG-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. O, bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin "TOTAL"la əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.

"Total"ın nümayəndəsi xanım Karin Lafonten təqdimatla çıxış edib. Təmsil etdiyi şirkətin yaxın vaxtlarda "Abşeron" yatağında qaz hasilatına başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırdıqlarını vurğulayıb. O bildirib ki, "Total" "Abşeron" yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq. Bundan sonra "Total" və tenderin qalibi olan şirkətin nümayəndələri 2017-ci ilin iyul-avqust aylarında Gəmiçiliyin neft donanmasının layihəyə uyğun olacaq gəmilərinə baxış keçirəcəklər.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin alyans partnyoru olan "Caspian Marine Services" şirkətinin nümayəndələrinin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.