İqtisadiyyat

90 ildən sonra neftə ehtiyac qalmayacaq

5 İyun 2017 21:50
1 Şərh     Baxış: 2 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft və neft məhsullarının dünya enerji balansındakı payı 15 il sonra 28,1 faiz təşkil edəcək. 90 ildən sonra bu göstərici 2,1 faizədək azalacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, qaz enerji balansındakı payı 15 ildən sonra 27,5 faiz, 90 ildən sonra isə 21,2 faiz təşkil edəcək.

Tədqiqatlara əsasən, bərpa olunan enerji sahəsində böyük artım qeydə alınacaq. Günəş enerjisinin payı növbəti 90 il ərzində 25,5 faizə, külək enerjisinin payı 12,8 faizə çatacaq.

15 il sonra yanacaq-energetika ehtiyatlarının ən böyük təchizatçıları 24 faizlə ABŞ, 21 faizlə Rusiya, 16 faizlə Çin və 15 faizlə Yaxın Şərq ölkələri olacaq. 90 il sonra isə Çin bu sahədə birinci yerə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.