İqtisadiyyat

""Cənub Qaz Dəhlizi" Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır"

31 May 2017 19:56
0 Şərh     Baxış: 1 944

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə biz iki ölkə arasında əməkdaşlığı müzakirə etdik, o cümlədən ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini vurğuladıq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan deyib.

Onun sözlərinə görə, görüşdə tərəflər bütün istiqamətlərdə əməkdaşlığı müzakirə ediblər.

R.Danniqan qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi belə böyük layihənin həyata keçirilməsi üçün çoxlu ölkə və tərəfdaıları cəlb etməklə açıq dialoq vacibdir: "Bu layihə Avropanın enerji resurslarının diversifikasiyasında böyük rol oynayır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.