İqtisadiyyat

Muğanbankdan yeni əmanət

30 May 2017 17:24
Baxış: 1 933

Muğanbank "Avans" adlı yeni əmanət növünü təqdim edir. Əmanətin fərqli cəhəti, əmanətə hesablanacaq faizləri əvvəlcədən əldə etmək imkanıdır. Əmanət minimal məbləğ 1000 AZN və ya ABŞ dolları, manatla illik faiz dərəcəsi 15% və ABŞ dolları üzrə illik faiz dərəcəsi 3% olmaqla 1 il müddətinə yeləşdiriləcək.

Müqavilə vaxtından tez pozularsa, ödənilmiş faiz əmanətçinin depоzit hesabında оlan məbləğdən tutulur.

Məlumat üçün bankın rəsmi facebook səhifəsi https://www.facebook.com/Muganbank-106864156005722/ və ya 933 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 43 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.